Ada Staviskaya

Ada Staviskaya

Prodüser

BİOQRAFİYA

Ada Semyonovna Staviskaya 1988-ci ildən Leninqrad şəhərinin ilk müstəqilk kinostudiyası sayılan “Panorama” MMC kinostudiyasının təşkilatçısı və baş direktorudur. 1 dekabr 1947-ci ildə Leninqrad şəhərində anadan olub, orada boya- başa çatıb. Adanın ulu babası Peterburq konservatoriyasının professorudur. Gəncliyində yüngül atletika üzrə idman ustası namizədi olub. On yeddi yaşında olanda avtomobil qəzasına düşüb və həmin vaxtdan idmanla vidalaşıb. Orta təhsili başa vurduqdan sonra sənədləri Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə verib. 1974-cü ildə həmin ali təhsil ocağını bitirib. Bir müddət Petroqrad rayonunun prokurorluğunda çalışıb. Universiteti bitirdikdən sonra “Lennauçfilm” rejissorunun köməkçisi vəzifəsində çalışıb. Daha sonra “Qorki adına kinostudiyanın direktorunun müavini işləyib. Ardınca “Lenfilm” kinostudiyasının prodüser vəzifəsində fəaliyyətə başlayıb. 1988-ci ildə Leninqradın ilk özəl kinostudiyasını təşkil edib və ona rəhbərlik edib.


Ətraflı məlumat üçün aşağıdkaı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D1%82%D0%B0%D0%B2%D0%B8%D1%81%D0%BA%D0%B0%D1%8F,_%D0%90%D0%B4%D0%B0_%D0%A1%D0%B5%D0%BC%D1%91%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç