Leonid Menaker

Leonid Menaker

Rejissor, ssenarist

BİOQRAFİYA

Leonid İsaakoviç Menaker – Sovet və Rusiya kinorejissoru, ssenaristidir. Sankt-Peterburq Kino və Televiziya Universitetinin professoru olub. RSFSR əməkdar incəsənət xadimi olub. 12 sentyabr 1929-cu ildə Leninqradda “Lenfilm” kinostudiyasının rejissorunun ailəsində anadan olub. 1960-cı ildə Leninqrad Teatr İnstitutun dram incəsənət fakültəsini bitirib. 1954-1964-cü illərdə “Lensovet” adına teatrın rejissoru olub. 1964-cü ildən “Lenfilm” kinostudiyasının rejissorudur. “Torağay” (1965), “Unutma ...Luqovaya stansiyası” (1966), “Gecə növbəsi” (1970), “Səhv tanıma” (1970), “Sadə şeylər haqda hekayə” (1975), “Gənc həyat yoldaşı” (1978), “Sonuncu qaçış” (1980), “Nikkolo Paqanini” (1982), “Professor Douelin vəsiyyəti” (1984), “Sonuncu yol” (1986), “İt ziyafəti” (1990) və digər filmlərin rejissoru və ya ssenaristi olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B5%D0%BD%D0%B0%D0%BA%D0%B5%D1%80,_%D0%9B%D0%B5%D0%BE%D0%BD%D0%B8%D0%B4_%D0%98%D1%81%D0%B0%D0%B0%D0%BA%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç