Alan Hyum

Alan Hyum

Operator, rejissor

BİOQRAFİYA

Alan Hyum 16 oktyabr 1924-cü ildə anadan olub. Alan Hyum Londonda anadan olub. İkinci Dünya Müharibəsinin əvvəllərində Midleksdə “Olimpik” kinostudiyasının laboratoriyasında çalışıb. “Denham Film” (1942) və “Cineguild production company” kinoşirkətlərində operator köməkçisi işləyib. Hərbi xidmət keçib, təxris olunandan sonra 1946-cı ildə kino sahəsinə qayıdır. Onun ilk sərbəst işi rejissor Cerald Tomasın (1960) “Tam ciddiyəti ilə” komediyası olub. “Ulduz müharibələri” fantastik saqasını və Bondiananı lentə alan operatorlarından biri olub. Rejissor Lüis Qilbertin “Şirli Valentayn” (1989) filmində ən yaxşı operator işinə görə Britaniya kino xadimləri cəmiyyətinin mükafatına namizəd olub. “Obyektivdən həyat” («A Life Through The Lens», 2004) avtobioqrafik kitabın müəllifidir. 1964-cü ildə Şeyla Hyum ilə evlidir, dörd övladı var. 13 iyul 2010-cu ildə Bakinqemşir qraflığında vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Хьюм,_Алан

FİLMOQRAFİYA
Operator
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç