Viktor Tsoy

Viktor Tsoy

Bəstəkar, aktyor

BİOQRAFİYA

Viktor Robertoviç Tsoy 21 iyun 1962-ci ildə Leninqradda (indiki Sankt-Peterburq, SSRİ) anadan olub. Sovet rok musiqiçisi, koreya əsilli şair, rəssam, "Kino" rok qrupunun yaradıcısı və rəhbəri olub. Bir neçə filmdə aktyor kimi çəkilib. Viktor Tsoy bədən tərbiyəsi müəlliməsi Valentina Vasilyevna Tsoy və koreya mənşəli mühəndis Robert Maksimoviç Tsoyun ailəsində dünyaya gəlib. 1974-1977-ci illərdə incəsənət məktəbində oxuyub. Bu illərdə Palata №6 adlı qrupda bas-gitarist kimi fəaliyyət gostərmişdir. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində "ağac oyma" sənəti üzrə təhsil alıb. Gəncliyində Vladimir Vısotski, Mixail Boyarski və Brüs Linin fanatı olub. Sonralar onun imicində Bryus Linin təsiri hiss olunurdu. Şərq əlbayaxa döyüş növləri ilə maraqlanır, netske adlanan yapon fiqurlarını düzəldirdi. 1970-ci illərin sonu, 1980-ci illərin başlanğıcında həvəskar rok qrupu olan "Piliqrim"in üzvü Aleksey Rıbin və "Palata №6" qrupunun bas-gitaristi Viktor Tsoy arasında davamlı danışıqlar başladı. Onlar Mayk Naumenko (Zoopark)və ya Andrey Panovun (Svin) mənzillərində görüşərək "Автоматические удовлетворители" pank qrupunun ərsəyə gətirmək üçün hazırlıqlar həyata keçirirdilər. Viktor Tsoy 15 avqust 1990-cı il 12:28 radələrində avtomobil qəzasında həlak olub. Qəza Latviyada Sloka-Talsi yolunun 35-ci kilometrliyində rəsmi versiyaya görə sükan arxasında yatıb və özünəməxsus Moskviç-2141-də İkarus markalı avtobusla toqquşub. Tsoy 19 avqust 1990-cı ildə Boqoslovskoe məzarlığında dəfn edilib. Ölümün səbəbləri haqqında başqa versiyalar da vardır. Belə ki, "Sledstvie veli..." sənədli filmlərini hazırlayanlar təxmin edirlər ki, Tsoy sərt döngəni dönərkən maqnitofonundakı kasetin üzünü dəyişməyə çalışıb ki, bu da fikrinin yayınmasına və nəticədə qəzaya səbəb olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Viktor_Tsoy

FİLMOQRAFİYA
Bəstəkar
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç