Ninetto Davoli
Aktyor
Ninetto Davoli – italiyalı aktyordur. Daha çox Pyer Pazolinin çəkdiyi filmlərdə müxtəlif komik və sadəlövh obrazları ilə yadda qalıb. 1964-cü ildə Pazolinin “Matvey Yevangeliyası” filmində ilk epizodik rolunu oynayıb. Bir ildən sonra Pazolini onu “Böyük və balaca quşlar” adlı filminə baş rola dəvət edir. Həmin vaxtdan bəri Ninetto Davoli Pazolininin sevimli aktyorlarından birinə çevrilir. Ninetto italiyalı rejissorun “Kral Edip” (1967), “Teorem” (1968), “Donuzxana” (1969), Dekameron” (1971), “Kenterberi hekayələri” (1972), “1001 gecənin çiçəyi” (1974) filmləri çəkilib. 60-70-ci illərdə Davoli başqa italiyalı rejissorların da lentlərində rol alıb: “Partnyor” (1968, rej. Bernardo Bertoluççi, dram), “Ostia” (1970, rej.Serco Çitti), “Storie scellerate” (1973, rej.Serco Çitti), “Casotto” (1977, rej.Serco Çitti), “Requiescant” (1968, rej.Karlo Lidzani). 1970-ci ilin ortalarında populyar kinoaktyora çevrilib. Habelə rejissor Pazolininin 1975-ci ildə dünyadan köçməsindən sonra Davoli demək olar ki, kinoya çəkilib, televiziya layihələri ilə kifayətlənib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D0%B0%D0%B2%D0%BE%D0%BB%D0%B8,_%D0%9D%D0%B8%D0%BD%D0%B5%D1%82%D1%82%D0%BE