Karlo Rustikelli

Karlo Rustikelli

Bəstəkar

BİOQRAFİYA

Karlo Rustikelli 24 dekabr 1916-cı ildə İtaliyanın Karpi şəhərində dünyaya göz açıb. Tanınmış estrada müğənnisi Alida Kellinin (1943-2012) və bəstəkar-pianoçu Paolo Rustikellinin atasıdır. Bolonya konservatoriyasını bitirib. Həmçinin romada Müqəddəs Sessiliya Milli Akademiyasında oxuyub. 1939-cu ildən kinofilmlər üçün musiqi yazır. Uzun illər rejissor Pyetro Cermi ilə əməkdaşlıq edib. Bundan savayı Zampa, Moniçelli, Komençini, Bolonyini, Braqalya, Vançini, Rizi, Montaldo, Lidzani, Loy, Bertoluççi, Damiani, Bava, Kastellani, Fulçi, Blazetti, Pazolini, Kamerini, Eldar Ryazanov, Korbuççi, Damato və başqa rejissorların çəkdiyi filmlərin bəstəkarı olub. Ümumi hesabla 300-ə yaxın filmə musiqi bəstələyib. İtaliyada nüfuzlu mükafatlardan biri onun adını daşıyır. Bundan başqa 38541 saylı asteroidə onun adı verilib (38541 Rustichelli).

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A0%D1%83%D1%81%D1%82%D0%B8%D0%BA%D0%B5%D0%BB%D0%BB%D0%B8,_%D0%9A%D0%B0%D1%80%D0%BB%D0%BE

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç