Jül Vern

Jül Vern

Yazıçı

BİOQRAFİYA

Jül Qabriel Vern 8 fevral 1828-ci ildə anadan olub. Ona dünya şöhrəti gətirmiş əsərlərindən "Yerin mərkəzinə səyahət" (1864), "Kapitan Qrantın uşaqları" (1867), "20 000 lye su altında" (1870), "80 gün dünya ətrafında" (1873) misal göstərmək olar. Kosmik və sualtı gəmilərin hələ ixtira olunmadığı bir dövrdə əsərlərində bir qayda olaraq kosmosa uçuş, Yerin dərinliklərinə səyahət və bu səpgili macəraları qələmə alıb. Elə buna görə də Ayın yerdən görünməyən hissəsindəki kraterlərdən birinə onun adı verilib. Bu krater Arzular dənizinin yanında yerləşir. O, YUNESKO-nun Index Translationum adlı, bütün dövrlərin ən çox tərcümə edilmiş müəllifləri siyahısında ikinci yerdə qərarlaşıb. Bir çox əsərlərinin motivləri əsasında filmlər çəkilib. Jül Vern Hüqo Vernbak və Herbert Uellslə birgə elmi fantastika janrının "atası" sayılır. Jül Vern ümumilikdə 66 romanın (bunlardan üçü – "Keşiş 1839-cu ildə" (1991), "Robinzon dayı" (1991) və əfsanəvi "Paris XX əsrdə" (1994) ölümündən sonra nəşr edilmişdir), 20-dən artıq povest və hekayənin, 30-dan artıq pyes və bir neçə elmi və sənədli işin müəllifidir. Jül Vern özünün "Sen-Mişel I", "Sen-Mişel II" və "Sen-Mişel III" yaxtalarında səyahətlərə çıxmış, 1859-cu ildə İngiltərə və Şotlandiyaya, 1861-ci ildə Skandinaviyaya səfər edib. 1867-ci ildə "Greyt İstern" paroxodunda ABŞ-a səyahət etmiş, Nyu-Yorkda və Niaqara şəlaləsində olub. 1878-ci ildə "Sen-Mişel III" yaxtasında Aralıq dənizi boyunca böyük səyahətə çıxmış, Lissabon, Tanjer, Cəbəllütariq və Əlcəzairdə olub. 1879-cu ildə həmin yaxtası ilə yenidən İngiltərə və Şotlandiyada olub. 1881-ci ildə Niderland, Almaniya və Danimarkaya səfər edib. 1884-cü ildə son böyük səyahətinə çıxmış, "Sen-Mişel III" yaxtasında Əlcəzairdə, Malta, İtaliya və digər Aralıq dənizi ölkələrində olub. Bu səfərlərin bir çoxu sonradan onun bir sıra məşhur əsərlərinin süjet xəttini təşkil edib – "Üzən şəhər" (1870), "Qara Hindistan" (1877), "Yaşıl şüa" (1882), Lotereya bileti (1886) və sair. Onun "Klodius Bombarnak" əsərində Azərbaycan, Bakı və Xəzər dənizi təsvir olunub. Jül Vernin bir neçə tarixi romanı da var. "Arxipelaq alovlanır" əsəri onun tarixi romanlarının zirvəsi hesab olunur. 24 mart 1905-ci ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/J%C3%BCl_Vern

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç