Rozemberq Salqado

Rozemberq Salqado

Aktyor, prodüser

BİOQRAFİYA

Rozemberq Salqado – meksikalı kinoaktyordur. Meksikada doğulub. İlk teatr rolunu 7 yaşında olanda populyar meksikalı aktyorlar Silviya və Auexeni Derbazla birlikdə oynayıb. Bir müddətdən sonra elə Derbazların Meksikadakı aktyorluq məktəbində təhsil alıb. Aktyor 1999-cu ildən Ketrin Salqado ilə evlidir. Cütlüyün 2 övladı var. Rozemberq ingilis və ispan dillərində sərbəst danışır. Kinoda ilk dəfə 2005-ci ildə görüntülənib. İki Hollivud filmində epizodik rol oynayıb. “Qarğa: Amansız taley” filminin çəkilişlərində Edvard Förlonq, Tara Rid, Devid Borenaz kimi aktyorlarla çiyin-çiyinə iştirak edib. 2008-ci ildə “On birinci saat” adlı kəskin süjetli döyüş filmində rol alıb. 2016-cı ildə rejissor Endi Tennantın “Sığortalı cavanlıq” komediyasının çəkilişlərinə dəvət olunub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://www.vokrug.tv/person/show/rosemberg_salgado/

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç