Manolo Kardona

Manolo Kardona

Aktyor

BİOQRAFİYA

Manolo Kardona 25 aprel 1975-ci ildə Kolumbiyanın Kali əyalətinin Popayan şəhərində anadan olub. Əsl adı Manuel Xulian Kardona Manolodur. 14 yaşında olanda teledebütünü edib, belə ki, ayaqqabı reklamına çəkilib. Daha sonralar model qismində podiuma çıxıb. 1995-ci ildə paytaxt Boqotaya köçüb. Maliyyə və beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. İlk dəfə 1995-ci ildə “Atalar və oğullar” serialında Nikola Franko roluna çəkilib. Populyarlığı isə ona “Por que diablos?” telenovellasında ifa etdiyi rol gətirib. Bir müddt həmdə kompüter texnologiyaları ilə məşğul olub, internetdə subastaplaza.com portalını təsis edib. Ancaq portal artıq fəaliyyət göstərmir. Sonralar aktiv şəkildə seriallara çəkilməyə davam edib. Amor a Mil (2001) telenovellasında Hektor Afanador, “Kartel” kriminal dramında Martin Qonsales rolunu oynayıb. 2004-cü ildə böyük ekranlarda debütü baş tutub: Rosario Tuearas filmində Emilio rolunu oynayıb. Həm Kolumbiya, həm də ABŞ və Meksika istehsalı olan filmlərə çəkilir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kino-teatr.ru/kino/acter/m/hollywood/182972/bio/ 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç