Svetlana Xodçenkova

Svetlana Xodçenkova

Aktrisa, rejissor, ssenarist, prodüser, operator

BİOQRAFİYA

Svetlana Viktorovna Xodçenkova 21 yanvar 1983-cü ildə Moskvada (Rusiya) anadan olub. Uzun illər Jeleznodorojnı şəhərində anası ilə birlikdə yaşayıb. 16 yaşında model agentliyində çalışıb. Kinoda debütü Stanislav Qovoruxinin “Qadına dəyər verin” (2003) filmində olub. Bu filmdə "Ən yaxşı qadın rolu"na görə “Nika” mükafatına namizəd olub. “Məhəbbət tilsimi” (2005) tarixi teleserialında gələcəyi görən Kassandra rolunda çəkilib. 2005-ci ildə Boris Şukin adına Teatr institutunu bitirib. Həmin ili Stanislav Qovoruxinin “Yalnız çörəklə deyil” filmində Nadejda Drozdova rolunda çəkilib. 2007-ci ildə rejissor Pavel Sanayevin “Sıfır kilometr” filmində rol alıb. 2009-2013-cü illərdə rejissor Maryus Vaysberqlə əməkdaşlıq edib. “Böyük şəhərdə məhəbbət” trilogiyasında müğənni Vera Brejneva, aktrisa Anastasiya Zadorojnaya, Vladimir Zelenski ilə birlikdə çəkilib. 2011-ci ildə “Cəsus, rədd ol!” filmi ilə Hollivudda debüt edib. Venesiya kinofestivalında Geri Oldmen, Kolin Fört və sair məşhurlarla birlikdə filmi təmsil edib. Xodçenkova “Rosomaha: Ölümsüz” filmində mənfi obraz olan Gürzə rolunda çəkilib. “Vasilisa”, “Çempionlar”, “Qanlı ledi Batori” filmlərində yer alıb. 29 dekabr 2016-cı ildə ekranlara “Vikinq” tarixi filmi çıxıb. 2019-cu ildə “Dovlatov” filmində "Ən yaxşı ikinci dərəcəli qadın rolu"na görə “Qızıl qlobus” mükafatı ilə təltif olunub. “Vahid Rusiya” partiyasının üzvüdür. Rusiya Kinematoqrafçılar Birliyinin üzvüdür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/Ходченкова,_Светлана_Викторовна

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç