Anastasiya Zadorojnaya

Anastasiya Zadorojnaya

Aktrisa

BİOQRAFİYA

Anastasiya Sergeyevna Zadorojnaya (30 avqust 1985-ci ildə Voloqodskaya vilayəti, Fedotovo qəs.) rusiyalı kino, teatr, televiziya aktrisası, müğənni, aparıcı və fotomodeldir. 2009-cu ildə Zadorojnaya rejissor Maryus Vaysberqin “Böyük şəhərdə məhəbbət” komediya filmində aparıcı rollardan birini ifa edib. Filmdə aktrisa düdoçu Alisa Qromovanı oynayıb. 2010-cu ildə Böyük şəhərdə məhəbbət 2” romantik filminin davamı çəkilib. Alisa Qromova roluna görə Nastya Monte Carlo radiostansiyasının “TOP 10 SEXY” mükafatına sahiblənib. 2010-cu ilin ən cazibədar kinoaktrisası adını alıb. 2010-cu ildə Zadorojnaya “Xoşbəxtlik klubu”, “İcra vərəqi”, “Silahsız aşiq” filmlərində çəkilib. “Narkotrafik”, “Forman A4”, “Səma qohumları” seriallarında da yer alıb. 2012-ci ilin yayında Zadorojnaya bir neçə aylıq Yaltaya köçür və “Qafqaz əsiri və ya Şurikin yeni sərgüzəştləri” sovet filminin remeykində baş rolda çəkilib. 2013-cü ildə Las-Veqasda “Böyük şəhərdə məhəbbət 3” filminin çəkilişləri başlayıb. Aktyor tərkibi dəyişməz qalıb. Yalnız Yekaterina Klimova və Şeron Stonun personajları əlavə edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Задорожная,_Анастасия_Сергеевна

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç