Aleksey Çadov

Aleksey Çadov

Aktyor

BİOQRAFİYA

Aleksey Aleksandroviç Çadov — rusiyanın kino və teatr aktyoru, aktyor Andrey Çadovun kiçik qardaşıdır. 2 sentyabr 1981-ci ildə Moskva vilayəti, Solntsevoda anadan olub. Alekseyin çəkildiyi ilk film rejissor Aleksey Balabanovun “Müharibə” filmi olub. Bu film ekranlara çıxdıqdan sonra Çadov məşhurlaşıb. “Müharibə” filmindəki roluna görə “Ən yaxşı” aktyor nominasiyasında Monreal beynəlxalq kinofestivalının mükafatına layiq görülüb. Filmin uğur qazanması rejissorların aktyora marağını artırdı. Gənc aktyor “Adsız yüksəklikdə” filmində Kolya Malaxov rolunda çəkilib. 2003-cü ildə rejissor Andrey Proşkin tərəfindən “Kəpənəklərin oyunu” dramına Kostya Zotikov roluna dəvət alıb. 2004-cü ildə Aleksey Çadov “Gecə keşikçisi” blokbastrində aparıcı rollardan birini vampir Kostyanı canlandırıb. 2005-ci ildə Aleksandr Veledinski Aleksey Çadovu “Diri” filmində keşiş roluna dəvət edib. İlk dəfə Aleksey qardaşı Andrey Çadov ilə bir çəkiliş meydanında qarşılaşıb. Aktyor həmçinin “9 bölük”, “Qızmar yay”, “Böyük şəhərdə məhəbbət”, Böyük şəhərdə məhəbbət 2”, "Böyük şəhərdə məhəbbət 3”  kimi məşhur filmlərdə çəkilib. 2018-ci ildə “Uçuş ekipajı” komediya teleserialında çəkilib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Чадов,_Алексей_Александрович

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç