Vera Brejneva
Müğənni, aktrisa
Vera Brejneva, əsl adı Vera Viktorovna Kiperman (ukr. Віра Вікторівна Кіперман) — ukrayna-rus müğənnisi, aktrisa, VIA Gra pop qrupunun eks solistidir (2003-2007-ci illər). Atası - Viktor Mixayloviç Qaluşka, Pridneprovsk kimya zavodunda işləmiş, anası Tamara Vasilyevna Qaluşka, tibb universitetini bitirmiş və həmin zavodda fəaliyyətini davam etmişdir. Veranın ixtisası iqtisadiyyatdır, o Dəmir Mühəndisləri Dnepropetrovsk İnstitutunun qiyabi şöbəsini bitirib. Veranın Sonya adlı bir qızı var (30 mart 2001-ci il təvəllüdlü). Uşağın atası isə Vitali Voyçenkodur. Onunla Vera bir neçə il müddətində faktiki nikahda olub. 2012-ci ilin oktyabr ayında, Vera Ukrayna biznesmeni - Mixail Kipermanla ailə qurub və Kiperman soyadını götürüb. 17 dekabr 2007-ci ildə isə onların Sara adlı qızı dünyaya gəlib. 2015-ci ildə gizli bəstəkar və musiqi prodüseri Konstantin Meladze ilə ailə qurur, toy mərasimi İtaliyada yaxınların əhatəsində keçib. "Böyük Şəhərdə Məhəbbət" (2009), "Böyük Şəhərdə Məhəbbət 2" (2010), "Böyük Şəhərdə Məhəbbət 3" (2013),"Cəngəllik" (2012), "Yolkalar, Yolkalar 2" (2011), "8 ən yaxşı görüş" (2016) və sair filmlərdə çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vera_Brejneva