Maykl Saksi

Maykl Saksi

Rejissor, prodüser, ssenarist

BİOQRAFİYA

Maykl Saksi 14 fevral 1972-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Tam adı Maykl Lencer Saksidir. Yeniyetməlik illərində bir müddət Yeni İngiltərədə yaşayıb, sonradan yenidən Nyu-Yorka qayıdıb. Corctaun universiteti nəzdində diplomatiya məktəbini bitirib. Ardınca Mərkəzi Bədii Kollecdə kinematoqrafiya üzrə magistr dərəcəsi əldə edib. Rejissorluq karyerasına Los-Ancelesin “Palomar Pictures” studiyasında qədəm qoyub. Orada başlıca olaraq reklam çarxlarının çəkilişi ilə məşğul olub. “Shoot” jurnalı onun gördüyü işə yüksək dəyər verərək, istedadlı rejissorlardan biri kimi qələmə verib. “Kann şirləri 2002” beynəlxalq reklam festivalında o ilin rejissoru mükafatına namizəd olub. 2003-cü ildə Saksi teleekranlarda “Boz bağlar” adlı filmlə debüt edib. Film Jaklin Kennedinin eksentrik qohumları Edit Buvye Bil və Edit Buvye Bil kiçiyin real hekayəsi əsasında lentə alınıb. Filmin çəkilişinə Saksi 6 ilə yaxın vaxt sərf edib. Həmin vaxt o eyni zamanda vəkil köməkçisi işlədiyindən, hər gün saat beşdə oyanıb, filmə bir neçə saat vaxt sərf edirdi.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ruspekh.ru/people/item/majkl-saksi-michael-sucsy

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç