Ebbi Kon
Ssenarist, prodüser
Ebbi Kon – Los-Anceles şəhərində (ABŞ) anadan olub. Hər iki valideyni hüquqşunas olub. Şimal-Qərb Universitetinin məzunudur. Cənubi Kaliforniya universitetində kinematoqrafiya və incəsənət üzrə magistr dərəcəsi əldə edib. 1997-ci ildə “Feyrfaks Fandanqo” adlı qısametrajlı komediya filmi ilə rejissor və ssenarist olaraq debüt edib. 2000-ci illərdə “Splitsvil” və “Evə yaxın” televiziya filmlərinə və iki seriala prodüserlik edib. Həmin vaxtdan bəri Kinematoqrafiya məktəbində oxuduğu illərdən tanıdığı Mark Silverştaynla sıx əməkdaşlıq edir. Onlar birlikdə rejissor Maykl Saksinın “And” dramına, “Öpülməmiş” komediyasına, “Söz vermək – evlənmək demək deyil”, “Aktiv axtarışda” romantik komediyalarına ssenari yazıblar. Ebbi 2005-ci ildə musiqi prodüseri Ceyson Linnə ərə gedib. Cütlüyün iki övladı var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ruspekh.ru/people/item/ebbi-kon