Konstantin Bronzit

Konstantin Bronzit

Rejissor, ssenarist, aktyor

BİOQRAFİYA

Konstantin Eduardoviç Bronzit – rusiyalı animator, ssenarist, rejissor və səsləndirmə aktyorudur. Fransa Milli Kinematoqrafiya Akademiyasının üzvüdür. 2009-cu ildən Amerika Kino İncəsənət Akademiyasının (Oskar) üzvüdür. 2001-ci ildə çəkilmiş “Dünyanın uzaq diyarında” adlı cizgi filmi ilə ən yaxşı qısametrajlı film kateqoriyasında “Sezar” kinomükafatına namizəd olub. Ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında iki dəfə “Oskar” mükafatına namizəd olub (“Ayaq yolu sevgisi – sevgi hekayəsi” və  “Biz kosmossuz yaşaya bilmirik” (2016)  cizgi filmləri ilə). 2006-cı ildə Rusiya Federasiyasının əməkdar incəsənət xadimi adını alıb. 2016-cı ildə Rusiya Federasiyası Prezident Mükafatı laureatı olub. 1983-cü ildə İoqanson adlı orta bədii məktəbi bitirib. Məzun olduqdan sonra “Lennauçfilm” multiplikasiya studiyasında rəssam-multiplikator işləməyə başlayıb. Orada “Karusel” adlı ilk cizgi filmini yaradıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%80%D0%BE%D0%BD%D0%B7%D0%B8%D1%82,_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD_%D0%AD%D0%B4%D1%83%D0%B0%D1%80%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç