Oliver Hirşbigel
Rejissor, ssenarist, aktyor, operator
Oliver Hirşbigel — alman kinorejissorudur. Uzun illər televiziyada çalışıb. 2001-ci ildən isə kino sahəsində fəaliyyət göstərir. 29 dekabr 1957–ci ildə Almaniyanın Hamburq şəhərində anadan olub. “Bunker” (2004), “Diana: Sevgi hekayəsi” (2013), “Hücüm” (2007) və sair filmlərin və “Borcia” (2011-2014), “Komissar Reks” (1994-2004), “Cinayət yeri” (1970-2009) və sair serialların rejissoru olub. “Eksperiment” (2010), “Qan düşmənləri-yanlış qərar” (1998), "Das Go! Projekt" (1986) filmləri və "Komissar Reks" (1994-2004) serialının ssenaristi olub. "Rosemary`s Hochzeit" (1985), "Kutya éji dala" (1983), "Am Arsch der Welt. To have and to be" (1981) filmlərində və "Komissar Reks" (1994-2004), "Losberg" (1986) seriallarında aktyor kimi çəkilib. Özünü bəstəkar kimi sınayan Oliver “Das Urteil” (1997) filminə musiqi bəstələyib. "Flieger dürfen keine Angst haben" (1984) filminin çəkiliş prosesinə operator kimi rəhbərlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.kinonews.ru/person_12188/oliver-hirschbiegel