Lenqli Kirkvud
Aktyor
Lenqli Kirkvud 14 aprel 1973-cü ildə Böyük Britaniyada incəsənət müəllimi və şairənin ailəsində dünyaya göz açıb. Lenqli uşaq olanda ailəsi CAR-a köçüb. Yeniyetməlik illərində orada teatra maraq göstərib. Məktəbi bitirdikdən sonra Yohannesburq universitetində aktyorluq sənəti üzrə ali təhsil alıb. Tələbəlik illərindən peşəkar səhnəyə çıxır. Yohannesburq, Keyptaun və digər CAR şəhərlərinin teatrlarında müxtəlif tamaşalarda oynayıb. Bir müddət cizgi filmi və video oyunların dublyajı ilə məşğul olub. Aktyor supermodel və fotoqraf Cozi Boreynlə evli olub. Bu nikahdan 3 övladı var. İdman onun həyatında xüsusi yer tutur. CAR-ın ən güclü on triatlonçularından biridir, asudə vaxtlarında qaçışla, yüngül atletika ilə məşğul olur, velosiped sürür. Kinoda ilk dəfə 1999-cu ildə görüntülənib. 2003-cü ildə “Xalqın hökmü” dramında rol alıb. 2011-ci ildə “Gənc Leonardo” serialında Felipe obrazını canlandırıb. 2014-cü ildə “Qara yelkənlər” macəra serialında kapitan Braysonu oynayıb. Elə həmin il “Dominion” serialına çəkilib. 2018-ci ildə “Mia və ağ şir” filminə baş rollardan birinə çəkilib. Çəkiliş meydanını Melani Loran, Rayan Mak Lennan, Layonel Nyuton, Lillien Dübe, Brendon Ore və başqaları ilə bölüşüb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/langley_kirkwood/