İzabella Rossellini

İzabella Rossellini

Aktrisa, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

İzabella Forella Elettra Covanna Rossellini 18 iyun 1952–ci ildə Romada məşhur isveç aktrisası İnqrid Berqmanın və italyan kinorejissoru Roberto Rosselininin ailəsində anadan olub. Onun İzotta İnqrid adlı əkiz bacısı var. Onun ən məşhur filmi rolu Devid Linçin “Göy məxmər” (1986) filmində olub. 1979-1983–cü illərdə Martin Skorseze ilə ailəli olub. Boşandıqdan sonra Con Videmmanla evlənib, cütlüyün Elettra adlı qızı dünyaya gəlib. Devid Linç, Qeri Oldmenlə, Qreqori Moşerlə görüşüb. Rossellinin şəkilləri Vogue, Marie Claire, Harper's Bazaar, Vanity Fair kimi məşhur jurnalların üz qabığında çıxıb. 1982-ci ildə Lancome kosmetik şirkətinin siması olub. Qızı Elettra Videmann-Rossellini bu şirkəti təmsil edir. Oğlu Roberto modeldir. İzabella üç kitabın müəllifidir. 1997-ci ildə onun “Some of Me” memuarları nəşr olunub. 2002-ci ildə aktrisanın fotolara və fotoqraflara həsr olunan “Some of Me” adlı ikinci kitabı təqdim olunub. 2006-cı ildə atasına həsr olunmuş “Remembering Roberto Rossellini” romanı dərc edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Росселлини,_Изабелла

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç