Stanislav Qovoruxin

Stanislav Qovoruxin

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Stanislav Sergeyeviç Qovoruxin Ukrayna SSR-nin əməkdar incəsənət xadimi (1986), Rusiya Federasiyasının xalq artisti (2006), "Vahid Rusiya" partiyasından VI çağırış Dövlət dumasının deputatı, Dövlət dumasının mədəniyyət üzrə komitəsinin sədri, 2005-ci ildən etibarən "Vahid Rusiya" partiyasının üzvüdür. 2012-ci il prezident seçkilərində Vladimir Putinin seçkiqabağı kampaniyasının sədri olub. 29 mart 1936-cı ildə Sverdlovsk vilayətinin Berezniki şəhərində dünyaya gəlib (hal-hazırda həmin ərazi Perm vilayətidir). Atası— cəzalandırılmış kazak. 1958-ci ildə Stanislav Qovoruxin Kazan Universitetinin Geologiya fakültəsini bitirib və bir müddət geoloq işləyib, sonra Kazan universitetində— jurnalist və rejissor işləyib. 1967-ci ildə VGIK (Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti)nin rejissorluq fakültəsini bitirdikdən sonra, elə magistraturanı oxuyub. Stanislav Qovoruxin Odessa Kinostudiyasında işləməyə başladı. 1987-ci ildən "Mosfilm" kinostudiyasının rejisoru oldu. SSSR kinematoqrafiyasının üzvü oldu. 1988-ci ildə Odessada keçirilən «Золотой Дюк» kino janrında beynəlxaq festivalda iştirak edib. 1991-ci ilin dekabrından İttifaq kinematoqrafiya Konfederasiyasının üzvüdür. 1993-cü ilin oktyabrında Rusiya Kinematoqrafçılar İttifaqından çıxıb. I—VI çağırış dövlət dumasının deputatıdır. 2011-ci ilin dekabrında Putinin seçki ştabının sədri olub. Qovoruxin 15 bədii, 4 publisistik film çəkib, 14 ssenari və 3 kitab yazıb. 14 iyun 2018-ci ildə Barxivada (Moskva vilayəti) vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Stanislav_Qovoruxin

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç