Boris Durov
Rejissor, ssenarist, aktyor
Boris Durov USSR Donetsk vilayəti Slavyanskda anadan olub. 1955-ci ildə Kazan Suvorov məktəbini, 1960-cı ildə isə ali mühəndis-aviasiya məktəbini bitirib. Həyatını kinoya bağlamaq qərarına gələn Durov ÜDKİ rejissorluq bölməsinə daxil olub. Yakov Seqelin sinifində oxuyub. Onun kurs yoldaşı Stanislav Qovoruxin olub. 1967-ci ildə ÜDKİ bitirib. Qovoruxinlə birlikdə debüt işi olan alpinistlər haqqında “Şaqüli” macərə filmini çəkib. Vladimir Vısotski filmə musiqi bəstələyib. Sovet filmləri sırasında onuncu yeri tutan film məşhurluq qazanıb. Elə həmin filmdən sonra Vısotski ifaçı kimi tanınıb. Bu filmdən sonra rejissorlar yollarını ayırıb. Durov özünü müxtəlif janrlarda, dram və komediya, uşaq və hərbi filmlərdə sınayır. 1979-cu ildə Qovoruxinə bir araya gəlib, “XX əsrin quldurları” filmi üçün ssenari yazır. Film sovet kinematoqrafiyasında ilk kəskin film olaraq Durova məşhurluq gətirir. Onun növbəti dramı “Xudafiz, deyə bilmirəm” (1982) ilin ən yaxşı filmləri sırasında dördüncü yerdə qərarlaşır. SSSR dağıldıqdan sonra Durov kinodan ayrılır. Yalnız 2001-ci ildə “Məxfi işarə” teleserialı üzərində çalışıb. 2000-ci ildə incəsənət sahəsindəki töhfələrinə görə “Rusiya Federasiyasının əməkdar incəsənət xadimi” adına layiq görülüb. Boris Durov 5 aprel 2007–ci ildə Moskvada vəfat edib. Durov həyat yoldaşı rəssam Zinaida Nikolayevna Durovanın (1937–2003) yanında Mitinsk qəbirstanlığında dəfn olunub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D1%80%D0%BE%D0%B2,_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81_%D0%92%D0%B0%D0%BB%D0%B5%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87