Talqat Niqmatulin

Talqat Niqmatulin

Aktyor, rejissor, ssenarist

BİOQRAFİYA

Talqat Kadıroviç Niqmatulin 5 mart 1949-cu ildə Qızıl Kıya şəhərində (Oş vilayəti, Qırğızıstan SSR) anadan olub. Daha çox “XX əsrin quldurları”, "Tom Soyerin və Qeklberri Finnanın sərgüzəştləri”, “Canavar yuvası” filmlərindəki rolları ilə məşhurluq qazanıb. 1971-ci ildə ÜDKİ bitirdikdən sonra Daşkəndə dönən Talqat “Özbəkfilm” kinostudiyasının aktyoru olub. “Yeddinci güllə” (1972), “Görüş və ayrılıq” (1973), “Siyavuş haqqında nağıl” (1976) filmlərində çəkilib. Niqmatulin yaradıcılığının digər tərəfi geniş tamaşaçı kütləsinə məlum deyil. Aktyor asudə vaxtlarını evdə keçirərək, hekayə və şer yazıb. İlk əvvəl kiçik rollara çəkilsədə, Niqmatulinin istedadı və Nikolay Yeryomenko ilə dostluğu sahəsində daha çox aparıcı rollara çəkilməyə başladı. “XX əsrin quldurları” ilk sovet kəskin filminə onu və Nikolay Yeryomenko kiçik rejissor Boris Durov dəvət edib. Aktyorlar bu işə elə həvəslə yanaşdılar ki, hətta dublyor və kaskadyorların köməyindən imtina ediblər. Amma filmin çəkilişləri prosesində yaranan narahatlığın qarşılığında film möhtəşəm uğur qazana bilib. Filmə seyr etmək üçün uzun növbələr düzülürdü. Hətta tamaşaçılar bir neçə dəfə bu filmi seyr etməyə gəlirdi. 11 fevral 1985-ci ildə Vilnus şəhərində yaşadığı mənzilin hamam otağında ölü vəziyyətdə tapılıb. İstintaq nəticəsində məlum olub ki, aktyor ona yetirilən ağır xəsarətdən daxili orqanların zədələnməsi nəticəsində dünyasını dəyişib. Onun bədənində 119 zədə aşkar edilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Нигматулин,_Талгат_Кадырович

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç