Pyotr Velyaminov

Pyotr Velyaminov

Aktyor

BİOQRAFİYA

Pyotr Velyaminov 7 dekabr 1926-cı ildə Moskvada (RSFSR, SSRİ) anadan olub. Rusiyanın Xalq artistidir (1985). Pyotr ali savadı olmasa da, istedadına görə yerli teatra işə düzəlir. Kinoda debütü isə 1971-ci ildə "Kölgələr günorta yox olur" çoxseriyalı televiziya filmində Zaxar Zaxaroviç Bolşakov rolu ilə başlayır. Filmlə bərabər aktyor da məşhurlaşır, xalqın sevimlisinə çevrilir. Bu filmdən sonra Pyotr Velyaminovu “Sovremennik” teatrı işə dəvət edir. Bununla belə, 1979-cu ildə filmin Fransada nümayişinə görə aktyorlar ezam olunsalar da, Pyotrun keçmişini səbəb gətirərək onu aparmırlar. Bir müddət teatrda işləyən aktyor sonra səhnədən uzaqlaşaraq filmlərə çəkilməyə başlayır. 1973-cü ildə o, “Bu bizim evdir” və “Əbədi çağırış” filmlərinə çəkilir. Sonra o, bir-birinin ardınca “Şirin qadın”, “Təhlükəli dostlar”, “Yaroslav Mudrı”, “Çelyuskinçilər” və sair filmlərdə rol alır. Aktyor ömrünün sonuna yaxın az-az filmlərə dəvət alır. Axırıncı rolu “Zenitdə ay” filmində Boris Anper rolu olub. Pyotr Velyaminov 1953-cü ildə aktrisa Lyudmila Nyuxalova ilə ailə həyatı qurur. Yekaterina adında bir qızları dünyaya gəlir. Sonralar o da atasının yolunu davam etdirərək Omsk teatrının aktrisası olur. Lakin bu ailə həyatı uzun sürmür. 1955-ci ildə Tümen Dram Teatrında işləməyə başlayan aktyor ikinci dəfə Qalina Qrişina ilə evlənir. Bu nikahdan Sergey (o da aktyordur) adında oğulları, İrina adında qızları olur. 1971-ci ildə onlar ayrılır. Üçüncü dəfə aktrisa Qalina Dobrovolskaya ilə ailə həyatı qurur, amma nikah daha qısa sürür. Dördüncü dəfə kinorejissor İosif Maneviçin qızı ilə ailə həyatı qurur. Onlar 10 il birgə yaşayırlar. Pyotr Velyaminov 1988-ci ildə 62 yaşında Tatyana Tanakova ilə evlənir və bu sonuncu nikahda o, ailələrində arzuladığı rahatlığı və sakitliyi tapır. Pyotr Velyaminov 2009-cu ildə KRX ağırlaşması nəticəsində pnevmoniya xəstəliyinə tutulur. Aktyor 2009-cu il iyunun 14-də 82 yaşında ikən vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Pyotr_Velyaminov#cite_note-medeniyyet.az-2

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç