Aleksey Vertkov
Aktyor
Aleksey Sergeyeviç Vertkov - rusiyalı teatr və kino aktyorudur. 2018-ci ildə Rusiya Federasiyasının Əməkdar artisti adını alıb. Aleksey Vertkov 31 mart 1982-ci ildə Novosibirskdə anadan olub. 1998-ci ildən Novosibirsk şəhər dram teatrının müxtəlif tamaşalarında, o cümlədən “Kral Lir” (Təlxək rolu) və “Ördək ovunda” (Zilov uşaq rolunu) rol alıb. 2001-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. 2005-ci ildə “aktyorluq sənəti” ixtisası üzrə bakalavr dərəcəsi əldə edib. Məzun olduğu ildə Sergey Jenovaçın rəhbərliyi altında “Teatr incəsənət studiyası” adlı teatr yaradılıb. Aleksey Vertkov fürsətdən istifadə edib, truppaya qoşulub və tezliklə teatrın aparıcı artistlərindən birinə çevrilib. Aktyor Moskvanın A.P.Çexov adına Moskva Bədaye Teatrı ilə sıx əməkdaşlıq edir. 2 noyabr 2017-ci ildə teatrda “İşıqlı yol” tamaşasının premyerası baş tutub. Tamaşa 1917-ci il Oktyabr inqilabının 100 illiyinə həsr olunub. Tamaşada Vertkov baş rolunu oynayıb. 2018-ci ildə Vertkov Turgenevin eyniadlı əsərinin motivləri əsasında quruluş verilmiş “Mu-Mu” tamaşasında baş rolu ifa edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%92%D0%B5%D1%80%D1%82%D0%BA%D0%BE%D0%B2,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B5%D0%B9_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B5%D0%B2%D0%B8%D1%87