Dmitriy Bıkovskiy

Dmitriy Bıkovskiy

Aktyor

BİOQRAFİYA

Dmitriy Anatolyeviç Bıkovskiy – rusiyalı teatr və kino aktyoru, “şanson” ifaçısıdır. Daha çox “Polis müharibələri” detektiv serialında “Cekson” ləqəbli milis kapitanı (daha sonra mayor və ardınca polkovnik-leytenant) Yevgeniy İvanov rolu ilə məşhurlaşıb. Dmitriy Bıkovski 29 yanvar 1969-cu ildə Qırğızıstan SSR-nin Frunze şəhərində anadan olub. Atası Anatoliy İvanoviç (2007-ci ildə dəri melanomasından vəfat edib). Anası evdar xanımdır, Kursk vilayətinin Uspenka kəndində anadan olub. Ardınca ailə Pridonsk şəhər tipli qəsəbəsinə köçüb. Dmitrinin iki kiçik qardaşı var. 2001-ci ildən teatrla yanaşı bədii filmlərə və seriallara çəkilir. 2003-cü ildə teatr rejissoru Natalya Leonovanın dəvəti ilə Sankt-Peterburqa köçüb, sınaq çəkilişlərində iştirak edərək, rejissor Vladimir Zaykinin “Həyata uyğun” (Чисто по жизни) serialında baş rollardan birinə təsdiq olunub. Həmin serialdakı rolundan sonra onun karyerasında sürətli yüksəliş dövrü başlayıb. Bir il yarımdan sonra Q.A.Tovstonoqov adına Böyük Dram Teatrının truppasına qəbul olunub, orada 9 ilə yaxın səhnəyə çıxıb. Daha sonra Sankt-Peterburq Dövlət Dram Teatrına keçib. 2014-cü ildə “Şərəf və cəsarət” ictimai rəğbətləndirmə ordeni ilə təltif olunub. 2016-cı ilin avqust ayında aktyor insult keçirib. Aktyor dörd dəfə evli olub. Dördüncü həyat yoldaşı, polis pokovnik-leytenantı Natalya ilə 2013-cü ildə rəsmi nikaha daxil olub. Buna qədər dörd il qeyri-rəsmi münasibətlərdə olublar. Onların 2013-cü ildə Aksiniya adlı qızları dünyaya gəlib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D1%8B%D0%BA%D0%BE%D0%B2%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%94%D0%BC%D0%B8%D1%82%D1%80%D0%B8%D0%B9_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç