Mariya Şaşlova
Aktrisa
Mariya Vasilyevna Şaşlova - rusiyalı teatr və kino aktrisasıdır. 25 iyun 1982-ci ildə Çelyabinsk şəhərində anadan olub. Cənubi-Ural Dövlət Universitetinin psixologiya fakültəsinin məzunudur. Həmçinin Çelyabinsk Dövlət Mədəniyyət və İncəsənət Akademiyasını bitirib. “Maneken” tələbə teatrında çıxış edib. 2001-ci ildə Rusiya Teatr İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Oranı 2005-ci ildə bitirib. “Gecikmiş məhəbbət” tamaşasında Lüdmila roluna görə Mixail Saryov adına mükafatın laureatı olub. 2005-ci ildən Teatr İncəsənət Studiyasında çıxış edib. Varvara Nikanorovna Protozanova roluna görə (“Zaxudlıy Rod” tamaşasında) 2007-ci ildə Oleq Tabakovun Xeyriyyə Fondunun fəxri diplomu ilə təltif olunub, həmçinin “Qızıl Maska” festivalının jürisinin xüsusi mükafatını qazanıb. 2009-cu ildə Mariya Şaşlova “Reka Potudan” tamaşasında ifa etdiyi Lüba rolu ilə “Qızıl lir” mükafatçısı olub.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A8%D0%B0%D1%88%D0%BB%D0%BE%D0%B2%D0%B0,_%D0%9C%D0%B0%D1%80%D0%B8%D1%8F_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%BD%D0%B0