Qari Lineker

Qari Lineker

Keçmiş futbolçu

BİOQRAFİYA

Qari Uinston Lineker 30 noyabr 1960-cı ildə İngiltərənin Lester şəhərində anadan olub. İngiltərə yığmasında keçirdiyi rəsmi oyunlarda 48 dəfə fərqlənib. Ueyn Runi və Bobbi Çarltondan sonra İngiltərə millisinin forması ilə ən çox qol vurmuş üçüncü oyunçu kimi tarixə düşüb. Dünya çempionatlarında 10 qolun müəllifi olub. Üç fərqli klubların heyətində birinci divizyon bombardiri olub. İngiltərə kubokunun sahibidir. Futbol karyerasını başa vurandan sonra BBC telekanalında futbol şərhçisi və "Match of The Day" verilişinin aparıcısı işləyir. Linekerlə birgə efirə düşməyi bir çox məşhur adamlar özünə şərəf bilir. “Futbol elə bir oyundur ki, 90 dəqiqə ərzində 22 futbolçu top qovur, qalib gələn tərəf isə həmişə almanlar olur” məşhur kəlməsi məhz Qariyə məxsusdur. Futbolçu karyerasını “Lester Siti” klubunda başlayıb. Lesterin heyətində keçirdiyi altı mövsüm ərzində rəqib qapılara 95 dəfə yol tapıb. 1984-cü ildə İngiltərə yığmasının baş məşqçisi olmuş Bobbi Robson onu milli komandaya dəvət edib. Kevin Kiqana əvəz tapmaqda çətinlik çəkən Robson sonra Linekerə özünü göstərməsinə şans vermək qərarına gəlir. Lineker ilk matçını Şotlandiyaya qarşı keçirir və xoş təəsürat bağışlayır. “Lester”in heyətində Qari Lineker Birinci divizyonun ən yaxşı bombardiri olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B8%D0%BD%D0%B5%D0%BA%D0%B5%D1%80,_%D0%93%D0%B0%D1%80%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç