Alfredo Di Stefano

Alfredo Di Stefano

Keçmiş futbolçu

BİOQRAFİYA

Alfredo Di Stefano Laulye 4 iyul 1926-cı ildə Buenos-Ayresdə (Argentina) anadan olub. Argentinalı və ispaniyalı keçmiş futbolçu (hücumçudur). Futbolçu karyerasına son qoyduqdan sonra bir müddət baş məşqçi kimi fəaliyyət göstərib. Futbolçu kimi “River Pleyt”, “Urakan”, “Milyonarios”, “Real Madrid”, “Espanyol” kimi futbol klublarının şərəfini qoruyub. Argentina millisində 6 matç keçirib, 6 dəfə fərqlənib. Kolumbiya yığmasında isə 4 oyun keçirib. Ən çox İspaniya millisinin formasını geyinib və 23 qolla fərqlənib. Futbolçu qismində iki dəfə Argentina çempionu, üç dəfə Kolumbiya çempionatının qalibi, İspaniya çempionatının səkkizqat qalibi olub. O, Pelenin hazırladığı FİFA 100-ün oyunçularındandır. Stefano ballon d`or (qızıl top) titulunun da sahibidir. Stefano bu titulu 2 dəfə qazanıb. Di Stefano 2014-cü ilin iyulunda vəfat edib. 7 iyul 2014-cü ildə Madriddə (İspaniya) vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Alfredo_Di_Stefano

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç