Xavyer Boş

Xavyer Boş

Yazıçı, jurnalist

BİOQRAFİYA

Xavyer Boş-i Sanço  və ya qısa adı Xavyer Boş - kataloniyalı yazıçı və jurnalistdir. 21 iyul 1967-ci ildə Barselona şəhərində anadan olub. Antoni Bassasla birlikdə Katalonya radiosunda “Alguna Pregunta mes” adlı populyar yumoristik proqramın yaradıcısı olub və həmin radioşouya görə “Ondas” mükafatını qazanıb. Daha çox idman jurnalistikası istiqamətində fəaliyyət göstərir. “La vanguardia”, “TV3” və “RAC1” kimi nüfuzlu KİV orqanlarında çalışıb. 2007-2008-ci illərdə “Avui” qəzetinin direktoru olub. Kataloniya dilində çıxan “Diari Ara” gündəlik qəzetinin yaradılmasının təşəbbüskarlarından biri sayılır. Yazılıçılıq karyerasına gəlincə jurnalist Dani Santana personajının başına gələnlərdən bəhs edən trilogiyanın müəllifidir. Silsilədən olan “Se Sabra tot” adlı ilk kitabı ona 2009-cu ildə “Sant Xordi” mükafatını qazandırıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Xavier_Bosch_i_Sancho

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç