Amy Riherd Miller
Ssenarist, prodüser
Amy Riherd Miller yazıçı və prodüserdir. 2012-ci ildə Kevin Barkerin rejissorluq etdiyi “Sonuncu xoş sözlər” qorxu filminin ssenaristi və prodüseri olub. Film valideynləri ilə Kentukkinin ucqar kəndlərindən birinə köçən 17 yaşlı oğlanın yaşadığı hadisəni təsvir edib. Ətraf qalın və sıx yaşıl meşə ilə əhatə olunub. İlay füsunkar təbiət mənzərəsini seyr etməyi və boş vaxtlarında meşədə gəzişməyi çox sevir. Məhz meşədə o Amanda adlı şirin və sirli qızla tanış olur. Arzularının qızı olduğundan, ona bir könüldən min könülə aşiq olur. Ancaq gəncin meşədə asılmış meyit aşkarlaması ilə hadisələr gözlənilməz gedişat alır. İlay yaxın zamanda öz dilbərinin tükürpədici sirrini öyrənəcək...
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.imdb.com/name/nm4126504/?ref_=tt_ov_wr