Raisa Kurkina
Aktrisa
Raisa Semyonovna Kurkina - Sovet və Rusiya kinoaktrisasıdır. 1974-cü ildə RSFSR Əməkdar artisti adını alıb. 7 oktyabr 1927-ci ildə Tula vilayətinin Pokrovka şəhərində dünyaya göz açıb. Valideynləri zavod işçiləri olub və incəsənətə ümumiyyətlə nə aidiyyətləri, nə də maraqları olmayıb. Böyük vətən müharibəsi dövründə Rais Kurkina bağçalardan birində tərbiyəçi vəzifəsinə işə düzəlib, orada 7 il çalışıb. 1950-1952-ci illərdə Moskva Şərqşünaslıq İnstitutunun tələbəsi olub. Tələbə olduğu illərdə “Kauçuk” özfəaliyyət teatrında çıxışlar etməyə başlayıb. Mixail Ulyanov və Vladimir Etuşla orada tanış olub. Onlar Raisaya Şukin adına Peşə Məktəbinə sənədlərini verməyi tövsiyə edib. 1956-cı ildə B.V.Şukin adına Ali Teatr Peşə Məktəbinin məzunu olduqdan sonra, Kinoaktyorlar studiyası teatrına daxil olub. Altmışdan çox filmə çəkilib. Kinodebütü 1955-ci ildə baş tutub. Şəxsi həyatına gəlincə, iki dəfə evli olub. Birinci əri – Boris Aleksandroviç Skomarovski (1929-2003) teatr rejissoru olub. Onlar teatr institunun birinci kursunda evləniblər. Cütlüyün İrina adlı qızı var. İddiaya görə ərinin xəyanətinə görə ondan boşanıb. İkinci həyat yoldaşı isə məşhur Sovet kinorejissoru Vladimir Motıl olub. Onlar 1962-ci ildə “Pamir övladları” filminin çəkilişləri zamanı eşq yaşayıb. Həmin vaxt V.Motılla birinci həyat yoldaşı, aktrisa Lüdmila Podaruyeva arasında soyuq yellər əsirdi. Çox keçmədən o həyat yoldaşından boşanaraq, sevgilisi Raisayla ailə qurur. Aktrisa ərinin çəkdiyi üç filmə çəkilib. Daha çox “Səhranın bəyaz günəşi” filmində oynadığı rollar məşhurlaşıb. Ancaq cütlüyün izdivacı uzunömürlü olmayıb. İddiaya görə ikinci dəfə də məhz ərinin ona xəyanət etməsinə görə boşanmaq qərarına gəlib. Sonradan bir daha evlənməyib və uzun illərdən sonra verdiyi müsahibələrin birində Motıldan ayrılmaq qərarına görə kor-peşman olduğunu etiraf edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D1%80%D0%BA%D0%B8%D0%BD%D0%B0,_%D0%A0%D0%B0%D0%B8%D1%81%D0%B0_%D0%A1%D0%B5%D0%BC%D1%91%D0%BD%D0%BE%D0%B2%D0%BD%D0%B0