Musa Dudayev

Musa Dudayev

Aktyor

BİOQRAFİYA

Musa Abdiyeviç Dudayev – çeçen aktyordur. Sovet İttifaqı qəhrəmanı Xanpaşa Nuradilov adına Çeçenistan Dövlət Dram Teatrının artisti olub. 1991-ci ildə Rusiya SFSR xalq artisti adını alıb. 2008-ci ildə İnquşetiya Respublikasının Xalq Artisti adını alıb. 16 fevral 1938-ci ildə Çeçen-İnquş MSSR-nın (RSFSR, SSRİ) Vedensk rayonunun Elistancı kəndində anadan olub. Atası Müasir Çeçen Ədəbiyyatının banilərindən sayılan Abdi Dudayev olub. Ailənin sonuncu, yeddinci övladı olub. 1956-cı ildə deportasiyadan qayıdıb. 1962-ci ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. 1968-ci ildən kinoya çəkilib. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında lentə alınmış “Səhranın bəyaz günəşi” filmində oynadığı rolla şöhrət qazanıb. SSRİ studiyalarının buraxdığı 26 filmə çəkilib. 2013-cü ildə Qroznı şəhərində vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%94%D1%83%D0%B4%D0%B0%D0%B5%D0%B2,_%D0%9C%D1%83%D1%81%D0%B0_%D0%90%D0%B1%D0%B4%D0%B8%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç