Kaxi Kavsadze

Kaxi Kavsadze

Aktyor

BİOQRAFİYA

Kaxi Davidoviç Kavsadze – Sovet və gürcü teatr və kino aktyorudur. Ş.Rustavelli adına Tbilisi Akademik Teatrının aparıcı aktyorudur. Kavsadze 5 iyun 1935-ci ildə Gürcüstan SSR-nin paytaxtı Tbilisi şəhərində anadan olub. Atası David Gürcüstanın xalq mahnı və rəqs ansamblının rəhbəri olub. Babası Sandro Kavsadze (1873-1939) musiqiçi-folklorçu və İ.V. Stalinin yaxın dostu olub. Kaxi 1959-cu ildə Ş.Rustavelli adına Tbilisi Teatr İnstitutunu bitirib. Sovet məkanında “Səhranın bəyaz günəşi” filmində oynadığı Qara Abdulla rolu gətirib. 1966-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının üzvlüyünə qəbul olunub. 1974-1980-ci illərdə Rezo Qabriadzenin yazdığı ssenarilər əsasında bir sıra qısametrajlı filmlərə çəkilib. 1981-ci ildə Gürcüstan SSR Xalq artisti adını alıb. 1988-ci ildə “Don Kixot və Sançonun güzəranı” filmində Don Kixot rolunu oynayıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D0%B0%D0%B2%D1%81%D0%B0%D0%B4%D0%B7%D0%B5,_%D0%9A%D0%B0%D1%85%D0%B8_%D0%94%D0%B0%D0%B2%D0%B8%D0%B4%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç