Spartak Mişulin
Aktyor, rejissor
Spartak Vasilyeviç Mişulin – Sovet və rusiya teatr və kino aktyorudur. 1981-ci ildə RSFS Xalq artisti adını alıb. 1976-cı ildə Polşa Əməkdar Mədəniyyət xadimi adına layiq görülüb. 1998-ci ildə Rusiya Federasiyası Dövlət Mükafatı laureatı olub. Stanistlavski adına teatr mükafatının laureatıdır. Lümyer qardaşları adına kinomükafatın laureatıdır. Spartak Mişulin 22 oktyabr 1926-cı ildə Moskvada anadan olub. Qızı isə onun aprelin 22-də anadan olduğunu iddia edir. Atasını tanımayıb, ancaq onun yazıçı Aleksandr Fadeyev olduğunu ehtimal edib. Belə ki anası Moskva Dağ Akademiyasında oxuduğu illərdə onunla sevgili olub. Aktyor 1966-cı ildə Mərkəzi televiziyanın “Kabaçok, 13 stulyev” yumoristik əyləncə teleşousunda iştirakı ilə populyarlaşıb. 1966-1980-ci illərdə pan-direktor rolunu oynayıb. Böyük ekranlarda isə “Səhranın ağ günəşi” filmində oynadığı Səid rolu ilə məşhurlaşıb. 1971-ci ildə isə Vladimir Bıçkovun “Respublikanın fəxri” filmində Tarakanovu oynayıb. Bundan savayı Satira teatrının “Uşaq və damda yaşayan Karlson” (1971) və “Böyük evin balaca komediyaları” kinotamaşalarında oynadığı rollarla yaddaşlarda qalıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D1%88%D1%83%D0%BB%D0%B8%D0%BD,_%D0%A1%D0%BF%D0%B0%D1%80%D1%82%D0%B0%D0%BA_%D0%92%D0%B0%D1%81%D0%B8%D0%BB%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87