Anatoliy Kuznetsov

Anatoliy Kuznetsov

Aktyor

BİOQRAFİYA

Anatoliy Borisoviç Kuznetsov Sovet və Rusiya teatr və kino aktyorudur. 1979-cu ildə Rusiya SFSR Xalq Artisti adını alıb. 1998-ci ildə Rusiya Federasiyası Dövlət Mükafatı laureatı olub. 31 dekabr 1930-cu ildə Moskvada müğənni Boris Sergeyeviç Kuznetsovun ailəsinə anadan olub. Uşaqlığı Kuybış vilayətində keçib. Böyük vətən müharibəsi illərində anası ilə birlikdə əsgərlər üçün əlcək toxuyub. M.M.İppolitova-İvanova adına musiqi məktəbinin vokal şöbəsində oxuyub. 1951-ci ildə eyni vaxtda iki teatr ali məktəbinə daxil olsa da, MXAT nəzdində V.İ.Nemiroviç-Dançenko adına studiya məktəbini seçib. İlk dəfə ekranlarda üçüncü kurs tələbəsi olduğu vaxt “Təhlükəli cığırlar” filmində alim Nikolay Joludev rolunda görüntülənib. Aktyora sovet məkanında şöhrət gətirmiş qızıl ordu hərbçisi Fyodor Suxov rolunu isə 1969-cu ildə rejissor Vladimir Motılın “Səhranın ağ günəşi” filmində oynayıb. Həyat yoldaşı Aleksandra Anatolyevna Lyapidevskaya olub. Kuznetsov onunla tələbə illərində tanış olub. Belə ki həyat yoldaşın kurs yoldaşı Qalina Volçekin evində qonaq olan zaman ona vurulub. Nikah uzunömürlü və möhkəm olub, ölənə kimi mehriban yaşayıblar. 1974-cü ildə onların İrina adlı qızları doğulub. 7 mart 2014-cü ildə Moskvada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%83%D0%B7%D0%BD%D0%B5%D1%86%D0%BE%D0%B2,_%D0%90%D0%BD%D0%B0%D1%82%D0%BE%D0%BB%D0%B8%D0%B9_%D0%91%D0%BE%D1%80%D0%B8%D1%81%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç