Vladimir Motıl

Vladimir Motıl

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Vladimir Yakovleviç Motıl – Sovet və Rusiya teatr və kino rejissoru və ssenaristidir. 2003-cü ildə Rusiya Xalq artisti adını alıb. 26 iyun 1927-ci ildə Belarusun Lepel şəhərində yəhudi ailəsində anadan olub. Atası “Kommunar” zavodunun çilingəri Yakov Davıdoviç Motıl olub. Vladimir Sverdlov Teatrın İnstitutunun məzunudur (1948). Bundan başqa Sverdlov Universitetinin tarix fakültəsini qiyabı bitirib. Xeyli müddət Sverdlov Dram Teatrının rejissoru olub. Daha sonra Staliniqorsk və Nijni Taqil teatrlarında aktyor və rejissor kimi fəaliyyət göstərib. 1955-ci ildən etibarən Sverdlov gənc tamaşaçılar teatrının baş rejissoru olub. 1957-1960-cı illərdə Sverdlov kinostudiyasının rejissoru kimi fəaliyyət göstərib. İlk müstəqil tammetrajlı bədii filmi olan “Pamir övladları” lentini 1963-cü ildə Tacikistan kinostudiyasında çəkib. 21 fevral 2010-cu ildə Moskvada vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%82%D1%8B%D0%BB%D1%8C,_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80_%D0%AF%D0%BA%D0%BE%D0%B2%D0%BB%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç