Aleksandr Boyarski

Aleksandr Boyarski

Prodüser, ssenarist, rejissor

BİOQRAFİYA

Aleksandr İonoviç Boyarski - rusiyalı multiplikasiya prodüseri, ssenaristi, rejissoru və aktyorudur. 28 sentyabr 1957-ci ildə Qazaxıstan SSR-nin Aktobe şəhərində anadan olub. 1987-ci ildə Leninqrad Kino mühəndisləri İnstitutunu bitirib. 1992-ci ildə Valentin Vasenkovla birlikdə “Midi Sinema” səsyazma studiyasını təsis edib. Daha sonra “Melnitsa” animasiya studiyasını yaradıb. Hazır studiyanın rəhbəridir və onun buraxdığı cizgi filmlərinin bir çoxuna prodüserlik edir, bəzən ssenari yazır. 28 fevral 2015-ci ildə “2014-cü ildə mədəniyyət sahəsindəki nailiyyətlərə görə” Rusiya Hökuməti mükafatının laureatlarından biri olub (“Luntik və onun dostları” cizgi filminə görə). Prodüserlik etdiyi “İvan Sareviç və Boz Qurd 3” cizgi filmi “Kinoprokat filmi” nominasiyasında “İkar” Rusiya Milli Animasiya mükafatını qazanıb.



Ətraflı məlumat üçnü aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%91%D0%BE%D1%8F%D1%80%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%98%D0%BE%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç