Oleq Tabakov

Oleq Tabakov

Aktyor

BİOQRAFİYA

Oleq Pavloviç Tabakov 17 avqust 1935-ci ildə Saratovda (RSFSR) anadan olub. 1988-ci ildə SSRİ Xalq artisti adını alıb. 1967-ci ildə SSRİ Dövlət mükafatı laureatı olub. 1998-ci ildə isə Rusiya Federasiyası Dövlət Mükafatını əldə edib. 2003-cü ildə Rusiya Federasiyası Prezident Mükafatına layiq görülüb. “Vətən qarşısında xidmətlər” ordeninin kaveleridir. 2000-ci ildən vəfatına kimi (2018) Çexov adına Moskva Bədaye Teatrının bədii rəhbəri olub, eyni zamanda teatrın təsisçisidir. 2001-2018-ci illərdə Rusiya Federasiyası Prezidenti yanında Mədəniyyət və İncəsənət şurasının üzvü olub. İlk həyat yodaşı Lüdmila İvanovna Krılova ilə 1959-cu ildən 1994-cü ilə kimi evli olub. Onların bu nikahdan 1960-cı il təvəllüdlü, aktyor və restavrator Anton Tabakov adı oğlu və 1966-cı il təvəllüdlü, aktrisa və radioaparıcı olan Aleksandra Tabakova adlı qızı var. İkinci həyat yoldaşı aktrisa Marina Vyaçeslavovna Zudina ilə 17 mart 1995-ci ildə ailə qurub. Nikah vəfatına qədər davam edib. Cütlüyün 1995-ci il təvəllüdlü oğlu və 2006-cı il təvəllüdlü qızı var. 12 mart 2018-ci ildə Moskvada (Rusiya) vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A2%D0%B0%D0%B1%D0%B0%D0%BA%D0%BE%D0%B2,_%D0%9E%D0%BB%D0%B5%D0%B3_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç