Valeriy Solovyov
Aktyor
Valeriy Yuryeviç Solovyov – rusiyalı teatr və kino, səsləndirmə və dublyaj aktyorudur. 2006-cı ildə Rusiya Federasiyasının Əməkdar artisti adını alıb. Valeriy 15 fevral 1963-cü ildə Rusiyanın İvanov vilayətinin Şuy şəhərində anadan olub. 1984-cü ildə Rusiya Dövlət Səhnə Sənəti İnstitutunu bitirib. 1987-ci ildən Lenkom teatrının aktyorudur. Telereklamlara çəkilir. "Birinci Pyotr. Miras" (2011), “Krallara hər şey olar” (2008), “Salamandranın açarı” (2011) və digər filmlərin çəkilişi və səsləndirilməsində iştirak edib. “Üç bahadır və Şamaxı çariçası”, “İlya Muromets və Quldur Bülbül” (2007), “Dobrınya Nikitiç və Zmey Qorınıç” (2006) və digər cizgi filmlərində müxtəlif personajları səsləndirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D0%BB%D0%BE%D0%B2%D1%8C%D1%91%D0%B2,_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D0%B8%D0%B9_%D0%AE%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87