Nikolay Abramov

Nikolay Abramov

Ssenarist

BİOQRAFİYA

Nikolay Pavloviç Abramov 23 avqust 1908–ci ildə anadan olub. 1930-cu ildə Abramov Leninqradda Dövlət İncəsənət Tarixi İnstitutunu bitirib. Sovet və xarici kino sənəti tarixi və nəzəriyyəsi məsələləri üzrə məqalə yazıb və müsahibələrlə çıxış edib. 1962-ci ildə sənədli filmlərin rejissoru Dziqe Vertova həsr olunan monoqrafiyanı buraxır. 1965-ci ildə isə “Müharibə haqqında Qərbin kinosənəti” işini hazırlayır. Kinoşünaslıqdan savayı Abramov animasiya, oyun və lmi-məşhur filmlər üçün ssenari yazıb. 1939-cu ildə onun S.A. Kevorkovla həmssenari əsasında “Dağ marşı” filmi çəkilib. “Qızıl antilop”, “Canavar və yeddi keçi”, “Qar qızı nağılı”, “Tülkü və canavar” və sair cizgi filmlərin ssenari müəllifidir. 5 sentyabr 1977-ci ildə vəfat edib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B1%D1%80%D0%B0%D0%BC%D0%BE%D0%B2,_%D0%9D%D0%B8%D0%BA%D0%BE%D0%BB%D0%B0%D0%B9_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç