Aleksandr Qruzinskiy
Aktyor
Aleksandr Pavloviç Qruzinskiy — sovet teatr və kino aktyorudur. RSFSR xalq artistidir (1949). A.P.Qruzinskiy 1899–cu ildə Moskvada anadan olub. Atası- kiçik dəmiryol xidmətçisi, anası — dərzidir. 1915-1917-ci illərdə Şanyavski adına Universitetin tələbəsi olub. Təhsilini bitirdikdən sonra 1919–cu dəmir yolunda köçürücü çalışıb. 1921-ci ildə M.S.Şepkin adına Ali teatr məktəbində təhsil alaraq Kiçik teatra butafor emalatxanasına fəhlə işinə düzəlir. 1925-ci ildə təhsilini bitirdikdən sonra ömrünün son günlərinə kimi Kiçik teatrın artisti olub. 1933-cü ildən S.Şepkin adına Ali teatr məktəbinin pedaqoqu olub. 1927-31-ci illərdə Kiçik teatrla parael Mərkəzi gənc tamaşaçılar teatrında aktyor, rejissor, səhnə inspektoru vəzifələrində çalışıb. Bundan başqa R.N.Simonov onu Pedaqoji teatrda öz işinə həmrejissor kimi cəlb edib. Müasirlər və səhnədəki tərəf-müqabilləri onun istedadı və uğurlu aktyor həyatına baxmayaraq həddindən artıq təvazökar insan olub. A.P.Qruzinskiy 9 yanvar 1968–ci ildə vəfat edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D1%83%D0%B7%D0%B8%D0%BD%D1%81%D0%BA%D0%B8%D0%B9,_%D0%90%D0%BB%D0%B5%D0%BA%D1%81%D0%B0%D0%BD%D0%B4%D1%80_%D0%9F%D0%B0%D0%B2%D0%BB%D0%BE%D0%B2%D0%B8%D1%87