Valentina Sperantova

Valentina Sperantova

Aktrisa

BİOQRAFİYA

Valentina Aleksandrovna Sperantova — sovet rusiyalı kino və teatr aktrisasıdır. SSSR (1970) xalq artistidir. Valentina Sperantova 11 (24) fevral 1904–cü ildə çoxuşaqlı ailədə Zarayskda anadan olub. İlk dəfə məşhur heykəltaraş A.S.Qolubkinanın rəhbərliyi altında həvəskar teatrın səhnəsinə çıxıb. Orta məktəbi Zarayskda bitirib. 1925-ci ildə Dövlət Teatr incəsənət İnstitutunu bitirib. 1925-ci ildən İlk Dövlət Pedaqoji teatrın (1931-ci ildən Dövlət Gənc tamaşaçılar teatrı), indiki Moskva GTT aktrisası kimi çalışıb. 1942-1944-cü illərdə Hərbi Teatrın aktrisası olub. 1944-cü ildən Mərkəzi uşaq teatrının (Rusiya Akademik Gənclər teatrının) aktrisası olub. 1953-cü ildən kinoda 25 rolda çəkilib. “Soyuzmultfilm” studiyasının cizgi filmlərinin səsləndirməsinə iştirak edib. “Körpələr, gecəniz xeyirə qalsın!” televiziya proqramında bir neçə dəfə iştirak edib. 1953-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olub. Valentina Aleksandrovna Sperantova 7 yanvar 1978-ci ildə dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/Сперантова,_Валентина_Александровна

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç