Lev Atamanov

Lev Atamanov

Rejissor, ssenarist

BİOQRAFİYA

Lev Konstantinoviç Atamanov — sovet multiplikasiya filmlərinin rejissorudur. RSFSR xalq artistidir (1978). L.K. Atamanov 8 (21) fevral 1905–ci ildə Moskvada erməni ailəsində anadan olub. 1926-cı ildə İlk Kino məktəbini kinorejissorluq üzrə bitirib. 1928-ci ildən “Dövlət hərbi kino” kinofabrikində rejissor köməkçisi olub. 1931-ci ildən multiplikasiya filminin rejissoru olub. Böyük Vətən müharibəsinin iştirakçısı olub. Sovet multiplikasiya kinematoqrafiyasının yaradıcılarındandır. Filmləri rus, çin, hind nağıllarının motivləri əsasında yaradıb. 1949-cu ildən “Soyuzmultfilm” kinostudiyasının rejissoru olub. “Sarı durna” (1950), “Al gül” (1952), “Qızıl antilop” (1954), “Qar kraliçası” (1957), “Qav adlı pişik balası” (1976-1980) və sair cizgi filmləri mükafatlara və diplomlara layiq görülüb. “Soyuzmultfilm” yaradıcılıq seksiya bürosunun sədri və bədii şuranın üzvü olub. SSSR SK multiolikasiya seksiyasının sədr müavini olub. 1960-cı illərin əvvəllərində “Soyuzmultfilm” kukla Birliyinin rejissor kollegiyasının sədri olub. L.K. Atamanov 12 fevral 1981–ci ildə Moskvada dünyasını dəyişib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D1%82%D0%B0%D0%BC%D0%B0%D0%BD%D0%BE%D0%B2,_%D0%9B%D0%B5%D0%B2_%D0%9A%D0%BE%D0%BD%D1%81%D1%82%D0%B0%D0%BD%D1%82%D0%B8%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rejissor
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç