Stiven Uorbek

Stiven Uorbek

Bəstəkar

BİOQRAFİYA

Stiven Uorbek (Stephen Warbeck) — britaniyalı bəstəkardır. “Aşiq Şekspir” filminə bəstələdiyi əsərə görə “Oskar” mükafatına layiq görülüb. 1994-cü ildə “Ən yaxşı tamaşa musiqisi” nominasiyasında “Drama Desk” mükafatına sahib olub. 3 may 1953–cü ildə Sauthemptonda anadan olub. Bristol Universitetinə daxil olub və aktyorluq karyerasına başlamağa cəhd edib. Yüzdən artıq filmə musiqi bəstələyib. Onun kompozisiyaları "Mrs. Brown" (1997), "Shakespeare in Love" (1998), "A Christmas Carol" (1999), "Quills" (2000), "Captain Corelli's Mandolin" (2001), "Charlotte Gray" (2001), "Proof" (2005) və sair məşhur filmlərdə səslənir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Stephen_Warbeck

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç