Mira Sorvino

Mira Sorvino

Aktrisa, prodüser

BİOQRAFİYA

Mira Ketrin Sorvino 28 sentyabr 1967-ci ildə Tenaflayda (Nyu-Cersi ştatı, ABŞ) anadan olub. Mira Sorvinonun atası siciliya əsilli amerikalı aktyor Pol Sorvinodur. Harvard Universitetində sinologiyanı öyrənib. Təhsilini bitirdikdən sonra üç il Nyu-Yorkda yaşayır. Hər bir gənc aktyor kimi Mira da rol axtarışında müxtəlif işlərə can atıb. “Dostlar arasında” (1993) filminə Mira rejissorun üçüncü assistenti kimi qəbul olunub. Ancaq çox keçmir ki, filmin direktorunun köməkçisi vəzifəsinə qədər yüksələ bilir. Hətta baş rolda çəkilmək təklifi belə alır. “Televiktorina” və “Barselona” filmlərindəki kiçik rollardan sonra 1995-ci ildə Vudi Allenin “Dahi Afrodita” filmində fahişə Linda Eş roluna görə “ən yaxşı ikinci dərəcəli aktrisa” kateqoriyasında “Oskar” və “Qızıl qlobus” mükafatlarına sahib olub. 1996-cı ildə Sorvino “People” jurnalının dünyanın ən gözəl əlli insanı siyahısına düşür. “Məzunlarla görüşdə Roma və Mişel” (1997) filmində və NBO telekanalında yayımlanan “Norma Cin və Merilin” telefilmində Merilin Monro rolunda çəkilib. Son illər Sorvino kiçik büdcəli filmlərdə görünür. 2005–ci ildə Lifetime kanalının “Canlı məhsul” telefilmindəki roluna görə “Qızıl qlobus” mükafatına namizəd olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BE%D1%80%D0%B2%D0%B8%D0%BD%D0%BE,_%D0%9C%8%D1%80%D0%B0

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç