Sergey Yuşkeviç

Sergey Yuşkeviç

Aktyor

BİOQRAFİYA

Sergey İvanoviç Yuşkeviç – rusiyalı teatr və kino aktyorudur. 2005-ci ildə Rusiya Federasiyasının Əməkdar artisti adını alıb. Sergey Yuşkeviç 9 iyul 1967-ci ildə Ukrayna SSR-nin Çernovtsı şəhərində dünyaya gəlib. Atasız böyüyüb. Mühəndis işləyən anası ikinci dəfə ərə getməyib. 1989-cu ildə B.V.Şukin adına ali teatr məktəbinə daxil olub (kursun bədii rəhbəri Albert Qriqoryeviç Burov olub), oranı “Dram teatrı və kino aktyoru” ixtisası üzrə 1993-cü ildə bitirib və çox keçmədən Vladimir Mayakovski adına Moskva Akademik Teatrının truppasına qəbul olunub. 1999-cu ildən indiyə kimi “Sovremennik” Moskva Dram Teatrının aktyorudur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AE%D1%88%D0%BA%D0%B5%D0%B2%D0%B8%D1%87,_%D0%A1%D0%B5%D1%80%D0%B3%D0%B5%D0%B9_%D0%98%D0%B2%D0%B0%D0%BD%D0%BE%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç