Yekaterina Alekseyevna Xlıstova - rusiyalı teatr və kino aktrisasıdır. 30 noyabr 1977-ci ildə Kuybışev şəhərində (Rusiya) anadan olub. Bir müddət "Stolitsa" telekanalında hava proqnozunun aparıcısı olub. 2001-ci ildə Rusiya Dövlət İncəsənət İnstitutunu bitirib. Hazırda Moskva Akademik Satira Teatrının aktrisasıdır. Böyük ekranlarda daha çox "Qəndəhar" (2010), "Vaneçka" (2007), "180 və yuxarı" (2005) filmlərində oynadığı rolları ilə yadda qalıb.