İvan Aqapov

İvan Aqapov

Aktyor

BİOQRAFİYA

İvan Valeryeviç Aqapov - sovet və rusiyalı teatr və kino aktyorudur. 2013-cü ildə Rusiya Federasiyasının Xalq Artisti adını alıb. İvan Aqapov 29 may 1965-ci ildə Moskvada anadan olub. Məktəbdə oxuduğu illərdə, Spesivtsevin teatr-studiyasının kurslarına gedib. Orta təhsili başa vurduqdan sonra Rusiya Teatr İncəsənət İnstitutunun (QİTİS) rejissorluq fakültəsinin aktyorluq qrupuna qəbul olunub. Təhsil aldığı illərdə Mayakovski adına teatrın tamaşalarında (“Həqiqət yaxşıdı, xoşbəxtlik ondan da yaxşı” , “Qürub”, “Mitrofan ehtirasları”) iştirak edib. 1989-cu ildə institutu bitirdikdən sonra Lenkom teatrına dəvət olunub. İndiyə kimi orada çalışır. Həyat yoldaşı Svetlana Ədəbiyyat İnstitutu və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinin məzunudur. Cütlüyün uşaqları yoxdur.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%90%D0%B3%D0%B0%D0%BF%D0%BE%D0%B2,_%D0%98%D0%B2%D0%B0%D0%BD_%D0%92%D0%B0%D0%BB%D0%B5%D1%80%D1%8C%D0%B5%D0%B2%D0%B8%D1%87

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç