Anastasiya Panina

Anastasiya Panina

Aktrisa

BİOQRAFİYA

Anastasiya Vladimirovna Panina – rusiyalı teatr, kino aktrisası və teleaparıcıdır. Anastasiya Panina 15 yanvar 1983-cü ildə Şimali-Zadonsk şəhərində anadan olub. Atası Vladimir Panin mədənçi, anası Valentina Panina quş fabriki işçisi olub. Anastasiyanın özündən böyük bacısı var. Uşaqlığından bəri “Sputnik” idman kompleksində bədii gimnastika ilə məşğul olub. Bədii gimnastika üzrə idman ustası namizədidir. Məktəbi bitirdikdən sonra Moskvaya köçüb. Aktyorluq  peşəsinə gəlişi təsadüfən alınıb. Rəfiqələri onu “Zavallı Nastya” filminin kastinqində iştirak etməyi təklif edib. Kastinqdə isə ona sənədlərini Moskva Bədaye Teatrının (MXAT) studiya məktəbinə təqdim etməyi məsləhət biliblər. Anastasiya beləcə aktrisalıq üzrə ali təhsil almağa başlayıb. Bir müddətdən sonra o filmdə ilk roluna dəvət alsa da, təhsili ilə əlaqədar imtina edib. 2007-ci ildə MXAT studiya-məktəbini bitirib. 2006-cı ildən kinoya çəkilir. 2007-ci ildən Puşkin adına teatrda çalışır. Disney telekanalında “Mama na 5+” teleproqramının aparıcısı olub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9F%D0%B0%D0%BD%D0%B8%D0%BD%D0%B0,_%D0%90%D0%BD%D0%B0%D1%81%D1%82%D0%B0%D1%81%D0%B8%D1%8F_%D0%92%D0%BB%D0%B0%D0%B4%D0%B8%D0%BC%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%BD%D0%B0

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç