Luis Gosset kiçik
Aktyor, prodüser, rejissor
Luis Kemeron Qossett kiçik 27 may 1936-cı ildə Bruklində (ABŞ) anadan olub. Qossett “ən yaxşı ikinci dərəcəli kişi rolna” görə “Oskar” mükafatı alan ilk qaradərili, “Oskar” alan ikinci qaradərili və “Oskar” ın bütn nominasiyaları arasında üçüncü qaradərili aktyor olub. Qossetin kinoda debütü rejissor Sidni Puatyenin “Günəşdə üzüm” (1961) filmində baş tutub. 1982-ci ildə Luis Qossett Riçard Qirlə tərəf-müqabili olduğu “Zabit və centlemen” filmindəki ikinci dərəcəli roluna görə “Oskara” sahib olub. O zamandan Amerikanın aparıcı qaradərili aktyorlarından biri olan Qorsett çox sayda müxtəlif bədii filmlərdə çəkilib. Əlli illik karyerası boyunca fantatik və kəskin filmlərə də çəkilib. Onun çəkildiyi məşhur filmlər sırasında “Dərinlik” (1977), “Düşmənim” (1985), “Alovda gedən” (1986), "Dəmir qartal 1-2-3-4, “Karatel” (1989), “Çənələr 3" (1983) yer alır. Qossett televiziyada da çəkilib. 1977-ci ildə “Köklər” teleserialındakı roluna görə “Emmi” mükafatına sahib olub. 1983-cü ildə Ənvər Sadatın həyatından bəhs edən “Sadat” filmində çəkilib. Film “Qızıl Qlobus” mükafatına namizəd olub. Qossett “Sabah bu gün olacaq”, “Ölü zona”, "Ulduz darvazaları:: SG-1” seriallarında epizodik rolda görünüb. Aktyor xeyriyyəçiliklə məşğul olur. Xüsusilə, “Boys and Girls Clubs of America” təşkilatını dəstəkləyir.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%93%D0%BE%D1%81%D1%81%D0%B5%D1%82%D1%82,_%D0%9B%D1%83%D0%B8%D1%81_(%D0%BC%D0%BB%D0%B0%D0%B4%D1%88%D0%B8%D0%B9)